skip to Main Content
(+994) 55 817 57 45 mail@nsdata.ru

Pulsuz server verən saytları sizlərə təqdim edirik.

Pulsuz VDS server  verən saytlar.

Bu xəbərimizdə  Free VDS / VPS server verən  saytların sıyahısını  tərtib etdik.
1 dollar qarşılığında 12 ay ərzində limitsiz virtual server sahibi ola bilərsiniz .  VDS ilə oyun serverləri, hosting və ya IRC serverlərini aça bilərsiniz.Bu tamamilə pulsuzdur.Aşağıda sizlərə hansı saytların pulsuz VDS server verdiklərini təqdim edirik.
1- Google Cloud

Google Cloud ilə  1 dollar qarşılığında 12 ay ərzində limitsiz VDS serverləriniz ola bilər. Google Cloud sizə  $ 1 $ üçün 300 dollarlıq sayt krediti verəcəkdir və siz 1 server aça və bu serverı 12 ay müddətsiz istifadə edə bilərsiniz. Google Cloud sistemində heç bir məhdudiyyət yoxdur, VDS serverını istənilən şəkildə istifadə edə və idarə edə bilərsiniz. Xüsusilə oyun serverləri üçün daha çox tövsiyə olunur.

Google hesabınızla daxil olandan sonra “START FREE TRIAL” düyməsinə  basmaqla  12 ay ərzində limitsiz VDS serverini aça və istifadə edə bilərsiniz.

2- Microsoft Azure

Microsoft Azure Azərbaycanda aktiv olaraq xidmət verən bir şirkətdir. Microsoft reklam məqsədli olaraq hər kəsə 12 aylıq   VDS / VPS  serverləri təqdim etməkdədir. Limitsiz  VDS almaq istəyirsinizsə  kart məlumatlarınızı daxil edərək və $ 1 ödənişdən sonra sizə verilən  VDS serveri  kreditinin sınaq versiyasına malik ola bilərsiniz. Serveri 1 dollar qarşılığında  12 ay ərzində  istifadə edə bilərsiniz. Qeyd edim ki ,heç bir məhdudiyyət yoxdur.

3- DigitalOcean

Tam admin hüquqlarına sahib VDS və ya VPS serverə ehtiyacınız varsa  Digital Ocean saytını seçə bilərsiniz. Heç bir məhdudiyyət yoxdur, yalnız kart məlumatlarını daxil edin və pulsuz sayt kreditlərini qazanın . Kredit kartınızdan ödəniş alınmayacaq. Hər hansı bir elektron poçt ünvanı ilə qeydiyyatdan keçdikdən sonra məlumatlarınızı doldurun və 2 aylıq pulsuz VDS və ya VPS serverini qazanın . Tam rootlara sahib çıxışı vardır və istifadə edərək  istədiyiniz kimi idarə edə bilərsiniz.

4- AMAZON

Bilindiyimiz Amazon bir web xidmətidir və  artıq Amazon da  istifadəçiləri   pulsuz VDS serverləri ilə  təmin edir. 12 aylıq bir VDS Server üçün  1 dollar  ödəyəcəksiniz . Bunun üçün Amazon Web Services-ə  üzv olun. Hesabınızdan   1 dollar tutulduqdan sonra   amazon hesabınıza 12 aylıq pulsuz bir server veriləcək. Bu serverdən istədiyiniz şəkildə istifadə edə və idarə edə bilərsiniz.

5 Alibaba Cloud

Təbiki  artıq kifayyət qədər populyar olan  Alibaba da pulsuz serverlər təqdim edir Alibaba Cloud sayəsində   siz 2 ay ərzində 1 dollar ödəyərək  istədiyiniz VDS serverinizə sahib ola bilərsiniz. 2 ayın sonunda yeni bir hesab yaratmaq və 2 aylıq limitsiz VDS serverlərinizi yenidən yarada bilərsiniz. VDS serverinizi veb hosting kimi istifadə etmək münkündür.Bütün resurslardan istifadə edə bilərsiniz.

Bu saytlardan  1 dollar  ödəyərək 12 ay müddətinə limitsiz VDS server əldə edə bilərsiniz. Bir çox korporativ şirkət tərəfindən istifadə olunur və təhlükəsizdir.Sizlərə təqdim etdiyim  5 saytdan hər hansı birindən VDS server  açaraq istifadə edə bilərsiniz. Limitinizi bitirdikdən sonra da  abunə ola bilərsiniz və yenidən istifadə etməyə başlaya bilərsiniz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search