(+994) 55 817 57 45 zeynalovsamil@mail.ru

SAYT AÇMAQ BİZNESİNİZ ÜÇÜN HANSI FAYDALARI VERİR?

Sayt açmaq inkişaf edən online dünyada  məhsul və xidmət satan kiçik bizneslər üçün zəruridir. Siz də daha çox müştəriyə sahib olmağı planlayırsızsa, online bir platformaya ehtiyacınız var. Sayt qurmaq bunun üçün ən yaxşı vasitədir. Əgər online dəstəyiniz olmazsa, markanızın gələcəyi böyük sual altında qalır.

Bir sayt açmağın niyə bu qədər önəmli olduğunu fikirləşirsizsə, aşağıdakı avantajları sizin üçün sıraladıq:

 

 

#1: Sayt açmaq xərclərinizi xeyli azaldır

Sayt açmaq xərcləri azaldır

 

Sayt açmaq obyekt kirayəsi, işçi heyətin maaşını, reklam, vergi və kommunal kimi xərcləri azaldır.

Online biznes sizə ofisiniz olmadan belə şəxsi biznesinizi yaratmaq şansı verir.

Əgər bir obyektə sahibsizsə, yeni filiallar açaraq xərcləri çoxaltmaq əvəzinə online satış üzərindən biznesinizi genişləndirə bilərsiz.

 

Sayt qurmaq sizi ofis ödənişlərindən azad edər

 

Heç işinizi mətbuat, radio ya da televiziyada tanıtmağa çalışmısız? Bu bahadı! Siz mağazanızın açılışı haqqında xəbərin paylaşılması üçün belə ən azı üç sayta ödəniş etməlisiz. Hələ televiziya üçün reklam çəkilişlərinin böyük xərcindən danışmırıq.

Bəs tanınmaq üçün broşura, kataloq və digər vəsaitlər hazırlamısız? Çap və paylama maliyyəti də az məbləğ deyil.

 

 

Təsəvvür edək ki, biznesini yeni qurursuz və ya illərdi kiçik bizneslə məşğulsuz. Sadaladığımız xərclər sizin büdcənizə sərf edər? Əlbəttə yox!

Əgər daha böyük şirkətə sahibsinizsə və geniş heyətsinizsə, bir sayt hazırlamaq xərclərinizi yüngülləşdirər. Belə ki, sonsuz görüşlər və böyük səhayət qəbzlərini aradan qaldıraraq işçilərinizlə qarşılıqlı əlaqə qura bilərsiz.

Sizin işinizi sizdən yaxşı heç kim qura və idarə edə bilməz!

Sizin işinizi sizdən yaxşı heç kim qura və idarə edə bilməz! Ona görə də öz saytınızı özünüz qurun!

Əgər saytınızı özünüz hazırlasaz, saytın  sıfırdan yığılması, yeni məhsul və şəkillərin yerləşdirilməsi və aylıq yenilənmə üçün veb-dizaynerə yaxud başqasına ödəniş etməyinizə gərək qalmaz.

 

 

 

#2: Sayt qurmaq ödənişsiz reklam verir

Sayt ödənişsiz reklam verir

Bir sayt açmaq və onu aktiv işlətmək sizə professional imic bəxş edər, biznes sektorunda sizə böyük reputasiyanızı yarada bilər.

Saytınızda Bloglar yaradaraq aktuallığınızı qoruya və müştərilərinizə yararlı informasiyalar ötürə bilərsiz.

Sayt işlətmək sizi ödənişli Facebook  və Google reklamlarından istifadə etmədən tanıda bilər.

 

#4: Sayt yaratmaq daha çox müştəri qazandırır 

 

Sayt yaratmaq daha çox müştəri qazandırır 

Yeni müştərilərinizi sayt açmaq və onu aktiv yeniləməklə asanlıqla əldə edə bilərsiz.

Saytınızını texniki dəstək verərək birdən çox dil əsasında hazırlasaz, dünyanın çox yerindən müştəri cəlb etmə şansınız çoxalar və daha qlobal markaya çevrilərsiz.

Saytin hazırlanması zamanı ünvanınızı, əlaqə vasitələrinizi və digər əlaqəli linkləri yerləşdirsəz, bu müştərilərinizin sizə çatmasını asanlaşdırar.

Daimi müştərilər qazanmaq üçün sayt açmaq çox səmərəli yoldu, çünki onlar ofisə bircə dəfə daxil olub sonra getmirlər. Sayt yaratmaq həm də müştərilərə rahatlıq verir, çünki onlar mağaza yaxud ofisə gəlmək məcburiyyətində deyirlər.

 

Sayt yaratmaq həm də müştərilərə rahatlıq verir

 

Sayt yaratmaq sizə amaildən istifadə edərək müştərilərinizə endirimlər və kampaniyalar haqqında bildirişlər göndərməyə şərait yaradır. Həmçinin avtomatik cavablardan istifadə gələn sualları anında cavablayaraq müştəri məmnuniyyəti qazana bilərsiz.

Sayt açmaq sizə müştərilərinizlə birbaşa əlaqə qurmaq imkanı verir. Siz saytda yazılan kommentlərini görə, sualları cavablaya bilərsiz. Beləliklə, rəylər  sizə müştərilərinizin maraqları, təklif və iradları barədə istiqamət vermiş olur.

 

#4: Sayt daha çox gəlir gətirir 

Sayt daha çox gəlir gətirir 

 

Saytın hazırlanması zamanı məhsul və xidmətinizə dair nə qədər detallı izahat  yerləşdirsəz, o qədər çox qazanc əldə edərsiz. Xüsusən şəkillərdən çox istifadə etmək lazımdı, çünki onlar yüzlərcə sözdən daha dəqiq informasiya verir.

Saytyatarmaq ilə biznesə davam etmək sizin daha çox nağd pul əldə etməyiniz deməkdi. Müştərilər ofisinizə yaxınlaşanda xidmətlərdən kreditlə də yararlana bilər, amma online xidmətlərdə əksərən nağd pul qəbul olunur.

 

#5: Sayt açmaq sürətinizi artırır

 

 Sayt açmaq sürətinizi artırır

 

Sürət biznes dünyasında vaxta qənaət və daha çox pul deməkdi. Sayt işlətmək sizə sürət kimi qiymətli şans verir, heç bir əziyyət çəkmədən işinizlə bağlı məsələlərinizi ən sürətli şəkildə saytdan həyata keçirə bilərsiz.

Saytda yerləşən məlumatlara istənilən vaxt dəyişiklik edə bilərsiz. Nəyisə silmək, redaktə etmək və yeniləmək istədikdə yenidən çap etməyə ehtiyac yoxdu.

Biznesinizi 24 saat əlçatan etməyin ən əlverişli yolu sayt açmaqdı. Müştəriləriniz istənilən vaxt biznesinizə aid informasiyaları burdan əldə edə bilər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search